[b]“Keşlə” serbiyalı məşqçiyə tapşırıldı[/b]
25.07.2018 - 15:20
[b]“Keşlə” serbiyalı məşqçiyə tapşırıldı[/b]

“Keşlə”nin yeni baş məşqçisi müəyyənləşib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, paytaxt təmsilçisi əcnəbi mütəxəssislə anlaşıb.

 

Avropa Liqasında “Baltsan”a məğlubiyyətdən sonra Yuri Maksimovla yollarını ayıran “Keşlə”nin Müşahidə Şurasının bu gün iclası baş tutub. Müzakirələrdən sonra baş məşqçi postu Mladen Milinkoviçə həvalə olunub. Serbiyalı mütəxəssis yeni komandası ilə 1 illik müqavilə imzalayıb.

 

Qeyd edək ki, 50 yaşlı Mladen Milinkoviç son olaraq ötən il "Kukesi"ni çalışdırıb.