“Keşlə” üzərində qələbə qazanmaqla tariximizdə ilk dəfə mərhələ adladıq”. Apasport.az saytının məlumatına görə, bunu “Baltsan”ın idman direktoru Vladislav Simoviç deyib.
Avropa Liqasının I təsnifat mərhələsində “Keşlə”ni mübarizədən kənarlaşdıran Malta klubu bu gün növbəti mərhələ çərçivəsində “Slovan”ı qəbul edəcək.
Slovakiya klubu ilə qarşılaşma öncəsi yerli mətbuata danışan Simoviç növbəti sürprizə hazırlaşdıqlarını söyləyib: “Slovan”la görüş üçün planımız hazırdı. “Keşlə” ilə oyunda olduğu kimi, intizamlı çıxış edəcək, sürətli futbolçularımızın sayəsində əks-hücumlardan faydalanmağa çalışacağıq. Yəni əvvəlki mərhələdə necə oynadıqsa, eyni sistemi tətbiq edəcəyik. “Slovan”a qarşı oynamaq çətin olacaq. Çünki rəqib çox güclüdü. Ancaq “Keşlə” üzərindəki qələbə futbolçuları daha çox inandırdı. Gücümüzü daha yaxşı şəkildə göstərməkdə qərarlıyıq”.
Qeyd edək ki, “Baltsan”a səfərdə 1:4 hesabı ilə məğlub olan “Keşlə” cavab matçında Bakıda minimalhesablı (2:1) qələbə qazanmışdı.