[b]Klyuvertin yeni klubu bəlli oldu[/b]
12.06.2018 - 01:35
[b]Klyuvertin yeni klubu bəlli oldu[/b]

Castin Klyuvertin yeni komandası bəlli olub. Apasport.az saytının məlumatına görə, hollandiyalı gənc hücumçu karyerasını İtaliyada davam etdirəcək.

 

Yaxın keçmişin məşhur hücumçusu Patrik Klyuvertin oğlu Castin “Roma” ilə anlaşıb.

 

Bu gün İtaliya paytaxtına yollanacaq "Ayaks"ın 19 yaşlı hücumçusu tibbi müayinədən keçdikdən sonra müqaviləyə imza atacaq.