Klyuvertlə bağlı qərar verildi
07.06.2018 - 00:16
Klyuvertlə bağlı qərar verildi

“Ayaks”ın hücumçusu Jastin Klyuvert Avropa nəhənglərinin maraq dairəsindədi. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, gənc futbolçu üçün ilk rəsmi təklif “Roma”dan gəlib.

“Canavarlar” bu keçid müqabilində Hollandiya klubuna 10 milyon avro təklif edib. Lakin “Ayaks”ın bu təklifə cavabı “yox” olub. Klubu ilə müqavilə müddəti gələn ilin yayına qədər olan 19 yaşlı oyunçu “Roma”ya keçmək istəsə də, hollandlar onu ucuz qiymətə satmayacaqlarını bəyan ediblər.

Qeyd edək ki, Jastin Klyuvert 2016-cı ildən “Ayaks”ın əsas komandasında çıxış edir.