Kolo-Muaninin PSJ sevdası
29.08.2023 - 23:24
Kolo-Muaninin PSJ sevdası

Randol Kolo-Muani transfer xəbərini gözləyir.

Apasport.az saytı xəbər verir ki, fransalı hücumçu “Ayntraxt”ın keçidə “yaşıl işıq” yandıracağına ümid edir.

24 yaşlı futbolçu PSJ-nin transfer hədəfindədir. Paris klubu uzun müdddətdir, almaniyalılarla danışıqlar aparır. Kolo-Muani transferlə bağlı bunları deyib: ““Ayntraxt” PSJ-yə keçməyə mane olmayacağıma inanıram. Komandaya hər şeyə görə minnətdaram. PSJ mənə rekord təklif göndərib və bundan istifadə etmək istəyirəm. Klubun buna razılıq verəcəyinə ümid edirəm”. 

Qeyd edək ki, PSJ Kolo-Muano üçün 70 milyon avro və bonuslar təklif edib. Parislilər transfer pəncərəsi bağlanana kimi bu transferi həyata keçirmək niyyətindədir. 
 

0