“Düzdü, qələbə gözləyirdim. Ancaq belə etibarlı oyunla inamlı qalibiyyət mənim üçün sürpriz oldu”. Apasport.az saytının məlumatına görə, bunu Qazaxıstanın veteran futbolçusu Sergey Qoroxovodatski deyib.
69 yaşlı mütəxəssis yerli mətbuata açıqlamasında Qazaxıstan yığmasının dünən Azərbaycan millisi ilə keçirdiyi yoldaşlıq görüşünü dəyərləndirib.
O, bu qalibiyyətin əsl güclərini göstərmədiyini düşünür: “Dünənki qarşılaşma bir neçə hissəyə bölünmüşdü. İlk 15 dəqiqədə futbolçularımız 2 qolla məsələni həll etdilər. İkinci hissədə isə digər futbolçulara özlərini göstərmək şansı verildi. Yenə də qol vəziyyətləri yaranırdı, ancaq ilk yarıdakı futbol görmürdük. 3-cü qol isə uzaqdan vurulan zərbə ilə oldu. Bu üzdən yığmamız barədə indidən dəqiq bir söz demək çətindi. Başa düşürəm, belə görüşdə hamıya şans vermək lazımdı. Hər şey yaxşı idi, amma bu, dünya səviyyəsində oyun deyildi. Komandamız İngiltərə və ya İtaliya yox, Azərbaycan, Gürcüstan səviyyəsində yaxşı çıxış etdi”.
Qeyd edək ki, “Astana Arena”da keçirilən oyun millimizin 0:3 hesablı məğlubiyyəti ilə nəticələnib.