Konte əsəbləşdi: "Biz komanda deyilik"
19.03.2023 - 00:59
Konte əsəbləşdi: "Biz komanda deyilik"

"Biz komanda deyilik. Biz sadəcə meydana çıxan 11 futbolçuyuq".

Apasport.az xəbər verir ki, bunu "Tottenhem"in baş məşqçisi Antonio Konte deyib.

O, İngiltərə Premyer Liqasının XXVIII turunun autsayder "Sauthempton"la oyunundan (3:3) əsəblərini cilovlaya bilməyib və komandasını tənqid edib:

"Mən meydanda eqoist oyunçular görürəm. Hansılar ki, bir-birlərinə kömək etməyərək ürəklərini ortaya qoymurlar. Onlar təzyiq altında oynamaq istəmirlər. Özlərinə əziyyət vermək istəmirlər. Bu anadək mövcud vəziyyəti gizlətməyə çalışırdım, amma artıq alınmır. Mən bu gün meydanda izlədiklərimi bir daha görmək istəmirəm. Çünki bu qəbuledilməz haldır və bilet alıb oyuna gələn azarkeşlərə qarşı hörmətsizlikdir. Belə olmaz. Klub bizə işimizə görə pul ödəyir. Oyunçular və mən işimizə görə klubdan pul alırıq. Biz bu cür oyun nümayiş etdirməməliyik. Bir peşəkar baş məşqçi kimi ilk dəfədir ki, belə vəziyyətin şahidi oluram".

Qeyd edək ki, "Çelsi" oyunda 3:1 qalib gəlsə də, matçda qələbəni qoruya bilməyib və 90+3-cü dəqiqədə penaltidən qapısında top görüb.

0