[b]Konte “Milan”la anlaşdı[/b]
24.07.2018 - 20:33
[b]Konte “Milan”la anlaşdı[/b]

“Çelsi”nin sabiq baş məşqçisi Antonio Konte işsiz qalmayacaq. Apasport.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, italiyalı mütəxəssis yenidən ölkəsində çalışacaq.

 

Belə ki, Konte “Milan”la ilkin anlaşma əldə edib. 48 yaşlı mütəxəssis “rossonyerlər”in yeni idman direktoru Leonardo ilə görüşərək, ortaq məxrəcə gəlib. Konte “Çelsi” ilə problemlərini yoluna qoymaq üçün bir neçə günlük icazə istəyib.

 

Qeyd edək ki, hazırda “Milan”ın “sükanı arxası”nda Cennaro Qattuzo dayanıb. Yeni rəhbərliyin onu qovması gözlənilir.