“Kristal Palas”da baş məşqçi istefası gündəmdədir
05.02.2024 - 16:23
“Kristal Palas”da baş məşqçi istefası gündəmdədir

Roy Hocson “Kristal Palas”ın baş məşqçisi vəzifəsindən qovula bilər.

Apasport.az xarici mətbuata istinadla xəbər verir ki, London klubunun direktorlar şurasının sədri Stiv Periş 76 yaşlı mütəxəssisin klubdan ayrılmasını istəyir.

Komandanın səfərdə “Brayton”a (1:4) məğlub olması gedişatı daha da sürətləndirib. “Qartallar”a Stiv Kuper və Xulen Lopeteqinin rəhbərlik etmək şansı var.

Qeyd edək ki, Hocson "Kristal Palas"a "Vatford" klubundan keçib.

0