[b]“Kukesi” 20 futbolçu ilə gəlir[/b]
30.07.2018 - 13:54
[b]“Kukesi” 20 futbolçu ilə gəlir[/b]

Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”ın qonağı olacaq “Kukesi” səfərə hazırlaşır. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, Albaniya təmsilçisi ölkəmizə 20 futbolçu gətirəcək.

 

Oyunçuların adları açıqlanmasa da, 20 oyunçuya viza alındığı vurğulanıb.

 

Bundan başqa, səfər öncəsi komanda ilə görüşən klub prezidenti Safet Qyiçi futbolçuların əhval-ruhiyyəsini yüksəltmək üçün müəyyən məbləğdə həvəsləndirici verib. Prezident mərhələ adlayacaqları təqdirdə, mükafat vədi də verib.

 

Qeyd edək ki, “Qarabağ” – “Kukesi” görüşü avqustun 1-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Komandalar arasında Albaniyadakı ilk matçda qolsuz bərabərlik qeydə alınıb.

0