Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq “Kukesi” daha bir oyunçunun adını iştirak ərizəsinə əlavə edib. Apasport.az saytının Albaniya mətbuatına istinadən məlumatına görə, söhbət hücumçu Artur Reginaldodan gedir.
“Laçi”dən alınan Mozambik millisinin üzvünün sənəd problemini, nəhayət ki, yoluna qoyan Kukes klubu onunla münasibətləri rəsmiləşdirib və “Qarabağ”la oyunlar üçün UEFA-ya sifariş verib. Bu isə o deməkdi ki, 28 yaşlı forvard Azərbaycan çempionu ilə bugünkü qarşılaşmada debüt edə bilər.
Qeyd edək ki, “Kukesi” ilə “Qarabağ” arasında oyun Bakı vaxtı ilə 21:00-da start götürəcək.