[b]“Kukesi”də müdafiəçi problemi[/b]
24.07.2018 - 14:48
[b]“Kukesi”də müdafiəçi problemi[/b]

Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq “Kukesi” ciddi problemlə üzləşib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, qarşılaşma öncəsi baş məşqçi Armando Kunqunu müdafiə xəttindəki durum narahat edir.

 

Xüsusən də, Vangel Zquranın cəza ucbatından sabahkı matçı buraxması boşluğu doldurmaq baxımından baş məşqçinin işini çətinləşdirir. Yarımmüdafiənin cinahında müdafiəçi oynatmağı düşünən Kunqunun belədə arxa xətdəki alternativ sayı azalacaq.

 

Zquranı saymasaq, heyətində cəmi 7 müdafiəçisi qalan “Kukesi”də bunlardan 4-ü mərkəzdə çıxış edir. Albaniyalı həmkarlarımız qarşılaşmanın gedişində hansısa cinah oyunçusunun zədələnməsi və ya yorulması təqdirində baş məşqçinin seçim haqqının olmayacağını vurğulayıblar. Kunqu da belə bir problem yaşamamaq üçün cinaha mərkəz oyunçularından birini çəkməyi planlaşdırır.

 

Qeyd edək ki, “Loro Boriçi” stadionunda keçiriləcək “Kukesi” – “Qarabağ” görüşü Bakı vaxtı ilə 21:00-da start götürəcək.