[b]“Kukesi”ni əvvəlki rəqib kimi görmürük” – Ansi Aqolli[/b]
27.07.2018 - 09:28
[b]“Kukesi”ni əvvəlki rəqib kimi görmürük” – Ansi Aqolli[/b]

“Qarabağ”ın albaniyalı müdafiəçisi Ansi Aqolli ölkəsinin sportekspres.com saytına müsahibə verib. Apasport.az saytının məlumatına görə, 36 yaşlı futbolçu Çempionlar Liqasının II təsnifat mərhələsində “Kukesi” ilə səfərdə keçirilən (0:0) oyunu dəyərləndirib və cavab matçı ilə bağlı fikirlərini bildirib.

 

- Albaniya klubuna rəqib olmaq nə dərəcədə maraqlı idi?

- Albanlara ilk dəfə rəqib olurdum. Bu, həyəcanverici hadisə idi. Qarışıq hisslər keçirirdim, əvvəllər sınamamışdım. Matçdan əvvəl mənə qəribə gəlirdi, ancaq start fitindən sonra hər şey yoluna düşdü.

 

- “Loro Boriçi” stadionu sizin üçün nə məna kəsb edir?

- Milli komanda və “Tirana”nın heyətində Şkoderdə çox oyun keçirmişəm. Mən orda öyrənmişəm.

 

- “Kukesi”nin müdafiə xəttində belə kompakt oyun göstərməsi sizin üçün sürpriz olmadı?

- Həqiqətən də, gözlədiyim kimi, kompakt oyun göstərən komanda təsiri bağışladı. Ümumiyyətlə, II təsnifat mərhələsində zəif rəqib olmur. Çətinliklərlə üzləşməli olursan. Yaxşı təşkilatlanmış komandaya qarşı oynayacağımızı bilirdik. İndi evdə bizi daha bir 90 dəqiqəlik mübarizə gözləyir.

 

- 0:0 hesabından nə qədər razısınız?

- Təcrübə baxımından pis deyil. Ancaq öz meydanımızda daha diqqətli olmalıyıq. Çünki belə kompakt oynayan rəqib bizi cəzalandırmağa çalışacaq.

 

- Qələbə qazansanız, bunu qeyd edəcəksiniz?

- Mənim üçün həyəcanlı oyun olacaq. Bu barədə heç düşünməmişəm.

 

- “Kukesi” necə görünür?

- Komandada nə baş verdiyini bilmirəm. Ancaq çox hörmət göstərdiyimiz kollektivdi. Onlarla hələ bir oyun da keçirəcəyik. “Kukesi”ni bundan əvvəlki rəqib kimi görmürük.