“Futbolçulara mükafat borcumuz qalmayıb. Tək istəyim odu ki, komanda oyunu ilə mənə zövq versin”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Kukesi”nin prezidenti Safet Qyiçi deyib.
O, Albaniya mətbuatına açıqlamasında komandasının Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”la keçirdiyi ilk oyunu dəyərləndirib. 46 yaşlı biznesmen 0:0 hesabı ilə nəticələnən oyundan məmnun qalmadığını etiraf edib.
Qyiçi cavab görüşü öncəsi mükafat vəd verib: “Qarabağ”la matça nəzər yetirdikdə deməliyəm ki, “Kukesi” meydanda parlamadı. Doğrudu, komanda çox yaxşı müdafiə olundu. Ancaq hər hansı emosiya olmadı, “Qarabağ”ın qapısına tərəf zərbə vurulmadı. Təbii ki, komanda mükafat qazanmaq istəyirsə, cavab matçında qalib gəlməlidi. “Kukesi”nin çıxışından razı qalıb-qalmamağım da Bakıdakı görüşün nəticəsindən asılı olacaq. Bunun üçün bir həftə gözləməliyik”.
Qeyd edək ki, "Qarabağ"la "Kuesi" arasında cavab matçı avqustun 1-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.