[b]“Kurtua, Villian və Azarın gələcəyi təkcə mənim əlimdə deyil” - Sarri[/b]
24.07.2018 - 19:05
[b]“Kurtua, Villian və Azarın gələcəyi təkcə mənim əlimdə deyil” - Sarri[/b]

“Çelsi”nin yeni baş məşqçisi Maurisio Sarri adları müxtəlif klublarla birgə hallanan Tibo Kurtua, Villian və Eden Azarın gələcəyi ilə bağlı danışıb. Apasport.az saytının “Telegraph”a istinadən məlumatına görə, italiyalı çalışdırıcı hər üç futbolçunun London klubunda qalacağına dair inancının tam olduğunu deyib.

 

“Kurtua, Villian və Azar kimi oyunçuların komandamda olmasından məmnunam. Ancaq onların gələcəyi təkcə mənim əlimdə deyil. Gözləmək lazım gələcək. Ancaq mən onların komandada qalacaqlarından əminəm” – deyə, Sarri bildirib.

 

Qeyd edək ki, “Real” Kurtuanı, “Barselona” isə Villianı heyətində görmək istəyir. Həmçinin Eden Azar hər iki ispan nəhənginin maraq dairəsindədi.

0