Kvaratsxeliya İtaliyada ən yaxşı seçildi
02.06.2023 - 21:09
Kvaratsxeliya İtaliyada ən yaxşı seçildi

Xviça Kvaratsxeliya İtaliya çempionatını ən yaxşı futbolçusu seçilib.

Apasport.az saytı xəbər verir ki, qalib “Stats Perfomans” sisteminin təhlillərinə görə müəyyənləşib.

Sistem yalnız futbolçuların statik göstəriciləri deyil, həm də mövqeyində çıxışına görə dəyərləndirmələr aparır.
Kvaratsxeliya taktiki və fiziki effektivliyi görə ən yaxşılar arasında yer alıb. O, 33 oyunda 12 qol və 10 ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Xviçanın uğurlu çıxışı 33 ilədn sonra “Napoli”yə İtaliya çempionluğu qazandırıb.
 

0