[b]La Liqada yeni mövsümün püşkü atıldı[/b]
24.07.2018 - 16:17
[b]La Liqada yeni mövsümün püşkü atıldı[/b]

İspaniya çempionatında 2018-19 mövsümünün püşkatma mərasimi keçirilib.

 

Apasport.az saytının məlumatına görə, ilk turda son çempion “Barselona” “Alaves”i qəbul edəcək, “Real” isə doğma azarkeşlər önündə “Xetafe” ilə münasibətlərinə aydınlıq gətirəcək. Turun mərkəzi görüşü isə “Valensiya” və “Atletiko” komandaları arasında oynanılacaq:

 

La Liqa

 

I tur

 

“Atletik” – “Leqanes”

“Betis” – “Levante”

“Selta” – “Espanyol”

“Eybar” – “Ueska”

“Jirona” – “Valyadolid”

“Rayo Valekano” - “Sevilya”

"Barselona” – “Alaves”

“Valensiya” – “Atletiko”

“Real” – “Xetafe”

“Vilyarreal” – “Real Sosyedad”

 

İspaniya La Liqasında I turun görüşləri 18-19 avqust tarixlərində keçiriləcək. Çempionata 2019-cu il, 26 may tarixində yekun vurulacaq.

 

Mövsümün ilk "El Klasiko"su 28 oktyabr tarixində "Nou Kamp"da oynanılacaq. 2019-cu il, martın 3-də isə "Real" doğma "Santyaqo Bernabeu"da "Barselona"nı qəbul edəcək.

 

Qeyd edək ki, La Liqa tarixində ilk dəfə məhz bu mövsüm VAR texnologiyasından istifadə olunacaq.

0