[b]Latviya – Azərbaycan matçının hakimləri açıqlandı[/b]
07.06.2018 - 10:39
[b]Latviya – Azərbaycan matçının hakimləri açıqlandı[/b]

Azərbaycan yığmasının Latviya ilə keçirəcəyi yoldaşlıq görüşünün hakimləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, qarşılaşmanı Belarusdan olan referilər idarə edəcək.

İyunun 9-da Latviyada baş tutacaq matçda ədalət təmsilçisi Denis Şerbakov olacaq. Ona Yuri Xomçanka və Andrey Xetsikov kömək edəcəklər. Matçın 4-cü hakimi yerli referi Aleksandr Anufriyev olacaq.

Qeyd edək ki, Latviya – Azərbaycan qarşılaşması iyunun 9-da Riqanın “Dauqava” stadionunda keçiriləcək.