[b]“Liverpul” iki futbolçu ilə vidalaşdı[/b]
08.06.2018 - 21:45
Almaniya millisinin türk əsilli futbolçusu Əmrə Canın “Liverpul” karyerası başa çatıb. Apasport.az saytının məlumatına görə, bunu İngiltərə klubu açıqlayıb.
Müqaviləsi başa çatan 24 yaşlı yarımmüdafiəçi ilə anlaşma əldə olunmayıb. Əmrənin “Yuventus”a keçəcəyi gözlənilir.
Onun İtaliya klubu 5 illik anlaşacağı bildirilir. Canın ildə 6 milyon avro qazanacağı ehtimal edilir.
Daha bir futbolçu – Con Flanaqan da mersisaydlıların düşərgəsinə tərk edib. Sağ cinah müdafiəçisi azad agent kimi klubdan ayrılıb.
0
0