[b]"Liverpul" Vida ilə anlaşdı[/b]
26.07.2018 - 11:40
“Liverpul” “Beşiktaş”ın müdafiəçisi Domaqoy Vidanın transferi ilə bağlı çalışmalarını davam etdirir. Apasport.az saytının “A Spor”a istinadən məlumatına görə, Mersisayd klubu xorvatiyalı futbolçunun özü ilə müqavilə şərtlərini razılaşdırıb. Keçid baş tutacağı təqdirdə, saziş 2+1 sxemi üzrə imzalanacaq.
Hazırda “Liverpul” rəsmiləri “Beşiktaş”ı razı salmağa çalışırlar. İstanbul təmsilçisi 29 yaşlı stoperin qarşılığında 25 milyon avro tələb edir.
Qeyd edək ki, Domaqoy Vida qışda azad agent qismində “Beşiktaş”a keçmişdi.
0
0