"Lokomotiv" hücumçusu ilə yollarını ayırıb
03.02.2024 - 17:18
"Lokomotiv" hücumçusu ilə yollarını ayırıb

Moskvanın “Lokomotiv” klubunun 19 yaşlı hücumçusu Kirill Nikişin başqa komandaya keçib.

Apasport.az xəbər verir ki, perspektivli futbolçunun yeni iş yeri "Tümen" olub. Transfer barədə klubun rəsmi saytı məlumat yayıb.

Hücumçu yeni komandasında 81 nömrəli forma geyinəcək. "Dəmiryolçular"ın oyunçunu geri almaq imkanı var.

Qeyd edək ki, ötən mövsüm Nikişin "Lokomotiv"in heyətində Gənclər Çempionatının qalibi olub. Hücumçu 16 matçda iştirak edib və aktivinə 6 qol yazdırıb.

 

0