Loris mövsümü bitirdi
05.05.2023 - 17:02
Loris mövsümü bitirdi

“Tottenhem”in futbolçusu Uqo Loris mövsümü bitirib.

Apasport.az saytının məlumatına görə, fransalı qapıçı zədə üzündən cari mövsüm meydana çıxmayacaq.

O, “Nyukasl”la qarşılaşmada (1:6) xəsarət alıb. Lorisin müqaviləsi 2024-cü ilin yayında başa çatacaq. Londonlular indidən onu əvəz edəcək qolkiper axtarır.

Qeyd edək ki, Uqo zədə üzündən fevral-mart aylarını da buraxmalı olub.
 

0