Luis Enrike üçün iki variant
09.12.2022 - 16:45
Luis Enrike üçün iki variant

İspaniya millisinin sabiq baş məşqçisi Luis Enrikenin çalışdıra biləcəyi klublar müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, DÇ-2022-dəki uğursuzluqdan sonra istefaya göndərilən mütəxəssis “Atletiko” və “Mançester Yunayted”ə rəhbərlik edə bilər.

Madrid klubu ona Dieqo Simeonenin əvəzləyicisi gözü ilə baxır. Argentinalı yayda “Atletiko”nu tərk etsə, bu posta Enrikenin gətirilməsi planlaşdırılır.

“Mançester Yunayted” mövsümün ikinci hissəsində istənilən nəticələri göstərməsə, Erik Ten Haq postundan qovulacaq. Onu əvəzləməyə əsas namizəd isə ispaniyalı mütəxəssisdir. 

Qeyd edək ki, İspaniya Qətərdəki mundialın 1/8 finalında Mərakeşə uduzub – 0:0, pen. 0:3.
 

0