Romelu Lukaku daha bir mövsüm “İnter”də çıxış edəcək.
Apasport.az saytının məlumatına görə, belçikalı hücumçunun icarə müddəti uzadılacaq.
İtaliya klubu bununla bağlı “Çelsi” ilə danışıqları müsbət yekunlaşdırıb. Tərəflər icarə müddətinin 2023/24 mövsümünün sonunadək uzadılması barədə razılıq əldə edib.
İngiltərə klubunun rəhbərliyi Lukakuya ehtiyac duymadığını da hiss etdirib ki, bu da “İnter”ə onun transferi barədə düşünməyə əsas verib. Müqaviləsi 2026-cı ilin yayında başa çatacaq forvardın özü də Premyer Liqa təmsilçisinə qayıtmağın əleyhinədir.
Qeyd edək ki, Lukaku cari mövsümün 3 oyununda 1 qol və 1 assistə imza atıb.
- “Yuventus”dan yeni transfer - RƏSMİ
- “Mançester Siti” Enzo Fernandezdən əl çəkmir – Danışıqlar yenidən başlayır
- Kanselo “Barselona”ya qayıdır – Portuqaliyalı İspaniyada
- Qakpo “Liverpul”u tərk edir – “Tottenhem”lə razılaşdı
- Rodrinin əvəzləyicisi tapıldı – “Mançester Siti” 18 yaşlı ulduzu transfer edir