Lukaku planı
10.11.2023 - 17:53
Lukaku planı

Romelu Lukaku icarədə olduğu “Roma”da qala bilər.

Apasport.az xəbər verir ki, İtaliya klubu belçikalı hücumçunu heyətində saxlamağı planlaşdırır.

“Çelsi”yə məxsus forvard mövsümün sonuna qədər Romanın eyniadlı klubunda qalmalıdır. Lakin A seriyası təmsilçisi onun çıxışından razı qalıb. Bu üzdən də Lukakunun transferi üçün danışıqlara başlanılacaq.

Qeyd edək ki, Romelu əvvəl digər İtaliya klubu “İnter”də icarədə olub.
 

0