Macarıstanın paytaxtı Budapeştdə keçirilən 15 yaşadək futbolçular arasında Qallini Dünya Kubokuna yekun vurulub. Apasport.az saytı xəbər verir ki, “Qəbələ”nin U-15 komandası turnirin son günündə iki matç keçirib.
5-8-ci yerlər uğrunda mübarizədə ilk rəqib İtaliya təmsilçisi “Kavolano” olub. “Qırmızı-qaralar” bu görüşdə böyükhesablı qələbə qazanıb – 6:0. Mehrac Baxşəliyev və Kamal Kazımovun dubl etdiyi qarşılaşmada Gülağa Əsədovla Ümüd Həmzəyev hərəyə 1 qol vurub.
“Qəbələ” 5-ci yer uğrunda matçda Macarıstanın “Uypeşt” klubu ilə görüşüb. 0:2 hesabı ilə uduzan komanda turniri 6-cı pillədə başa vurub. Yarışın qalibi adına isə İtaliya “Udineze”si yiyələnib.