[b]Maksim Medvedev siyahıdan kənarda qaldı[/b]
24.07.2018 - 14:12
[b]Maksim Medvedev siyahıdan kənarda qaldı[/b]

UEFA indi də şərəfini qoruduğu kluba sadiq olan oyunçuların siyahısını tərtib edib. Apasport.az saytının məlumatına görə, siyahıda Avropanın ən güclü 8 liqasındakı rekordçular yer alıb.

 

Avropanın ən sadiq aktiv oyunçusu Daniele de Rossinin 35 yaşını qeyd etməsi münasibətilə tərtib olunan yazıda İtaliya, İspaniya, İngiltərə, Almaniya, Fransa, Portuqaliya, Rusiya və Ukraynanın “1 nömrə”ləri də müəyyənləşdirilib.

 

Postsovet məkanında rekordçu olan İqor Akinfeyev ümumi cədvəldə yalnız de Rossidən geri qalır. Hər iki oyunçu 500-ü arxada qoyub.

 

“Top-8”dən çox-çox uzaq olan Azərbaycan çempionatının rekordçusu isə Maksim Medvedevdi. Cədvəldə adı göstərilməyən müdafiəçi 12 mövsüm şərəfini qoruduğu “Qarabağ”da 369 matç keçirib. O, “Top-8” ölkələrindən üçünün – Ukrayna, İngiltərə və Portuqaliya rekordçusundan daha yüksək göstəriciyə malikdi.

 

“Top-8”in rekordçuları

İtaliya: Daniele de Rossi (“Roma”) – 593 oyun, 17 mövsüm

Rusiya: İqor Akinfeyev (MOİK) – 565 oyun, 15 mövsüm

Fransa: Luk Perin (“Sent Etyen”) – 408 oyun, 15 mövsüm

İspaniya: Bruno Soriano (“Vilyarreal”) – 415 oyun, 12 mövsüm

Almaniya: Tomas Müller (“Bavariya”) – 440 oyun, 10 mövsüm

Ukrayna: Yaroslav Rakitski (“Şaxtyor”) – 310 oyun, 10 mövsüm

İngiltərə: Ceyms Uord-Praus (“Sauthempton”) – 205 oyun, 7 mövsüm

Portuqaliya: Nuno Kampos (“Nasyonal”) – 81 oyun, 6 mövsüm