[b]Maksim(um)[/b]
23.07.2018 - 11:50
[b]Maksim(um)[/b]

Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu “Qarabağ”ın futbolçusu Maksim Medvedev üçün əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, 29 yaşlı müdafiəçi avrokuboklarda 70-ci matçını keçirə bilər.

 

Bunun üçün Maksimin “Kukesi” ilə Albaniyadakı görüşdə meydana çıxması kifayətdi. Arxa xətt oyunçusu indiyədək qitə kuboklarında 69 qarşılaşmaya çıxıb.

 

Medvedev bütün görüşləri eyni komandada – “Qarabağ”da keçirib. Müdafiəçi Azərbaycanda eyni klubla ən çox avrokubok matçı keçirən oyunçu ünvanına da sahibdi.

 

Maksim qol hesabını açmadığı qitə miqyaslı yarışlarda iki turnirdə çıxış edib. O, Çempionlar Liqasında 22, Avropa Liqasında 47 matç keçirib.

 

Qeyd edək ki, müdafiəçi avrokuboklarda 9 il öncə debüt edib. Onun ilk görüşü 2009-cu il iyulun 16-da Norveçdə yerli “Rusenborq”a qarşı olub – 0:0.