“Milan” əfsanəsi Paolo Maldini klubun rəhbərliyində təmsil oluna bilər. Apasport.az saytının “Football Italia”ya istinadən məlumatına görə, yaxın günlərdə onun “rossonerilər”in idman direktoru təyin olunacağı gözlənilir.
“Milan”ın yeni prezidenti Paolo Skaroni ilə görüşdən sonra idman direktoru Massimiliano Mirabellinin tutduğu postdan uzaqlaşdırıldığı bildirilir. Xatırladaq ki, 48 yaşlı menecerin ötən mövsüm transferlərə xərclədiyi 200 milyon avro yekunda gözlənilən nəticəni verməmişdi. Sözügedən vəzifəyə ən real namizəd məhz Paolo Maldinidi.
Qeyd edək ki, “Milan”ın səhmləri son olaraq “Elliot Management” şirkətinə satılıb.