[b]Malkom rəsmən “Barselona”da[/b]
24.07.2018 - 20:58
“Bordo”nun yarımmüdafiəçisi Malkomun “Barselona”ya keçidi rəsmiləşib. Apasport.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.
Əvvəlcə “Roma” ilə 36 milyon avroya anlaşan Fransa təmsilçisi ispanların təklifindən sonra geri addım atmışdı. “Bordo” Kataloniya təmsilçisinin 41 milyon avroluq (əlavə 1 milyon avro bonus) təklifini qəbul edib. 21 yaşlı vinger yeni komandası ilə 5 illik müqaviləyə qol çəkəcək.
Qeyd edək ki, Braziliyanın gənclər millisinin üzvü Malkom ötən mövsüm “Bordo”nun heyətində keçirdiyi 38 oyunda 12 qola imza atıb.
0
0