[b]“Mançester Siti” arzusuna çatır: 100 milyona...[/b]
10.06.2018 - 19:14
[b]“Mançester Siti” arzusuna çatır: 100 milyona...[/b]

“Mançester Siti” Riyad Mahrezin transferi üçün, nəhayət ki, “Lester”lə ortaq məxrəcə gəlib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, əlcəzairli futbolçunun keçidi “Lester”ə külli miqdarda pul qazandıracaq.

Belə ki, klublar arasındakı anlaşmaya əsasən, bu transfer “şəhərlilər”ə 100 milyon dollara başa gələcək. Keçidin yaxın vaxtlarda rəsmiləşməsi gözlənilir.

Qeyd edək ki, “Mançester Siti” ötən ilin yayında Mahrezlə maraqlansa da, transfer son anda baş tutmamışdı.