[b]"Mançester Siti" yarımmüdafiəçisi ilə yollarını ayırır[/b]
27.07.2018 - 11:48
[b]"Mançester Siti" yarımmüdafiəçisi ilə yollarını ayırır[/b]

“Mançester Siti”nin yarımmüdafiəçisi Aleksandr Zinçenkonun “Vulverhempton”a mümkün transferinin detalları məlum olub. Apasport.az saytının “Daily Mail”ə istinadən məlumatına görə, “şəhərlilər” ukraynalı futbolçuya görə göndərilən 16 milyon avro dəyərində təklifi qəbul edib.

 

Digər tərəfdən, Zinçenko mövsümlərarası fasilədə “Mançester Siti”dən ayrılmaq niyyətində deyil. 21 yaşlı oyunçu karyerasını Mançester klubunda davam etdirmək istəyir.

 

Daha öncə Aleksandr Zinçenkonun adı İngiltərə Premyer Liqasında bu mövsümdən etibarən iştirak etmək haqqı əldə edən “Fulhem”lə birgə hallanırdı.