“Mançester Siti” yeni transferini açıqlamağa hazırlaşır – 63 milyon
06.06.2018 - 11:00
“Mançester Siti” yeni transferini açıqlamağa hazırlaşır – 63 milyon

“Napoli”nin yarımmüdafiəçisi Jorjinyo karyerasını böyük ehtimalla “Mançester Siti”də davam etdirəcək. Apasport.az saytının “Calcio Napoli 24”ə istinadən məlumatına görə, klublar 63 milyon avro (59 milyon avro transfer haqqı + 4 milyon avro bonus) qarşılığında anlaşıblar.

 

“Mançester Siti” və “Napoli” arasında geriyə təkcə ödəmə şərtlərinin razılaşdırılması qalıb. “Şəhərlilər” transfer haqqını 3 il ərzində ödəmək istəsələr də, Neapol təmsilçisi 2 ildə israr edir. Hətta “Napoli” ikinci halda 2 milyon avro güzəştə getməyə də razıdı.

 

Transferin yaxın iki gün ərzində ictimaiyyətə açıqlanacağı bildirilir.