"Mançester Yunayted" Ronaldonu təbrik etdi - FOTO
05.02.2023 - 15:48
"Mançester Yunayted" Ronaldonu təbrik etdi - FOTO

"Mançester Yunayted" klubu Kriştianu Ronaldonu ad günü münasibətilə təbrik edib.

Apasport.az xəbər verir ki, bu gün portuqaliyalı hücumçunun 38 yaşı tamam olub.

Mançester klubu hücumçunun bu komandada ilk dəfə olduğu vaxta aid olan köhnə şəklini dərc edib. Klubun rəsmi sosial media hesabında yayımlanan şəkildə “Ad günün mübarək, Kriştianu” yazılıb.

Qeyd edək ki, Kriştianu Ronaldo 2003-2009 və 2021-2022-ci illərdə "Mançester Yunayted"də çıxış edib. Mançester klubunda karyerasının ikinci mərhələsiqalmaqallı müsahibə ilə başa çatıb. Bundan sonra portuqaliyalı komandadan ayrılaraq Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu ilə müqavilə imzalayıb.

0