"Mançester Yunayted" və PSJ "Real"ın qapıçısını transfer etmək istəyir
19.04.2024 - 14:56
"Mançester Yunayted" və PSJ "Real"ın qapıçısını transfer etmək istəyir

La Liqa təmsilçisi olan "Real Madrid"in qapıçısı Andrey Lunin top klubların marağındadır.

Apasport.az “Todofichaes” portalına istinadən xəbər verir ki, ukraynalı qolkiper  "Mançester Yunayted", "Çelsi" və PSJ klublarının radarındadır.

“Transfermarkt” portalı futbolçunun dəyərini 16 milyon avro olaraq qiymətləndirir. Ukraynalının "kral" klubu ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir.

Qeyd edək ki, 25 yaşlı qapıçı cari mövsümdə iştirak etdiyi 27 oyundan 12-sində qapısını toxunulmaz saxlaya bilib.

0