"Mançester Yunayted" Alexandro Qarnaço ilə yeni müqavilə imzalamaq istəyir.
Apasport.az saytı xəbər verir ki, “qırmızı şeytanlar” 18 yaşlı gənc hücumçunun müqaviləsini artırmaq üçün agenti və ailəsi ilə danışıqlara başlayıblar.
Yeni anlaşmanın detalları barədə məlumat verilməsə də, komanda Alexandro ilə razılaşmanın uzunmüddətli olmasını planlaşdırır.
Qeyd edək ki, 2020-ci ildə Madrid ”Atletiko”sundan “Mançester Yunayted”in akademiyasına qoşulan argentinalı futbolçu ötən mövsümdən əsas komanda ilə matçlara çıxır. Qarnaço bu müddətdə 26 oyunda iştirak edərək 4 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
- 114 ittiham üzrə günahkar bilindi - “Mançester Siti” satıla bilər
- “Məlumatların silinməsi iddiası yalandır” - TFF-dən açıqlama
- Klubsuz qalan İkardi: “Mənim artıq hər şeyim var”
- İsmail Kartaldan çempionluq mesajı – Asensio qayıdır