[b]“Mançester Yunayted”dən 65 milyonluq təklif[/b]
26.07.2018 - 18:53
[b]“Mançester Yunayted”dən 65 milyonluq təklif[/b]

“Lester”in müdafiəçisi Qarri Maquayr klubunu dəyişə bilər. Apasport.az saytının “Sky Sports”a istinadən məlumatına görə, 25 yaşlı futbolçu “Mançester Yunayted”in maraq dairəsindədi.

 

Müdafiənin mərkəzini gücləndirmək istəyən “qırmızı şeytanlar” Maquayr üçün qarşı tərəfə rəsmi təklif göndərib. Dünya çempionatında İngiltərə millisinin heyətində ulduzu parlayan oyunçunun keçidi müqabilində “mankunianlar” 65 milyon funt-sterlinq ödəməyə hazırdı. Riyad Marezi “Mançester Siti”yə satan “Lester” daha bir aparıcı oyunçusunu göndərməkdə maraqlı olmasa da, fantastik təklif onları fikirlərindən daşındıra bilər.

 

Qeyd edək ki, “Lester” Qarri Maquayrı ötən il “Hall Siti”dən 17 milyon funt-sterlinqə transfer edib.