"Mançester Yunayted"in yeni sahibi "Barselona"nın futbolçusunu almaq istəyir
18.04.2024 - 15:36
"Mançester Yunayted"in yeni sahibi "Barselona"nın futbolçusunu almaq istəyir

Fransa millisinin və "Barselona"nın müdafiəçisi Jül Kunde klubunu dəyişə bilər. 

Apasport.az “Teamtalk”a istinadən xəbər verir ki,“Mançester Yunayted” futbolçunu transfer etməkdə maraqlıdır. 

“Mançester Yunayted” fransalı müdafiəçini Aaron Van-Bissakanın əvəzləyicisi kimi nəzərdən keçirir. 

“Transfermarkt” portalı 2022-ci ildən "Barselona"da çıxış edən futbolçunun dəyərini 50 milyon avro olaraq qiymətləndirir. Tərəflər arasında mövcud müqavilə 2027-ci ilin yayına qədərdir.

0