“Mançester Yunayted”in hücumçusu Antoni Marsyal klubun ABŞ-dakı düşərgəsini tərk edib. Apasport.az saytının “Sky Sports”a istinadən məlumatına görə, fransız futbolçu ikinci uşağının dünyaya gəlməsi səbəbindən bu addımı atıb.
Marsyalın klubdakı gələcəyi hələ də sual altındadı. “Çelsi”, “Bavariya”, “Yuventus” və Dortmund “Borussiya”sı kimi klublar onun xidmətində maraqlıdı. Digər tərəfdən, gənc forvard oyun təcrübəsinin azlığını əsas gətirərək, “qırmızı şeytanlar”dan ayrılmaq istəyir.
Qeyd edək ki, baş məşqçi Joze Mourinyo artıq Marsyalın alternativlərini də müəyyənləşib. Portuqaliyalı mütəxəssis İvan Perişiç (“İnter”) və ya Villianın (“Çelsi) transfer edilməsinin tərəfdarıdı.