“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo klubun vitse-prezidenti Ed Vudvordla forvard Antoni Marsyalın gələcəyinə dair müzakirələr aparır. Apasport.az saytının ESPN-ə istinadən məlumatına görə, təcrübəli mütəxəssis fransız futbolçunun komandadan ayrılmasının tərəfdarıdı.
Lakin Mourinyodan fərqli olaraq, Ed Vudvord Marsyalın komandada qalmasını istəyir. Bu səbəbdən ikili arasında fikir ayrılığı yaranıb.
Hazırda “Yuventus” və “Bavariya” 22 yaşlı oyunçu ilə yaxından maraqlanır. Marsyal komandadan ayrılacağı təqdirdə, Joze Mourinyo İvan Perişiç (“İnter”) və Villiandan (“Çelsi”) birini “Mançester Yunayted”də görmək istəyir.