Mbappe PSJ-də 300-cü matçına çıxıb
07.04.2024 - 11:48
Mbappe PSJ-də 300-cü matçına çıxıb

PSJ Fransa çempionatının 28-ci turu çərçivəsində "Klermon"u (1:1) qəbul edib.

Apasport.az xəbər verir ki, PSJ-nin hücumçusu Kilian Mbappe komandasının start heyətində yer almasa da, 67-ci dəqiqədə əvəzedici heyətlə meydana daxil olub.

Bu, fransalı futbolçunun Paris klubu ilə 300-cü matçı olub. Son 299 matçda Mbappe 251 qol vurub və 106 məhsuldar ötürmə edib. Hücumçunun PSJ ilə müqaviləsi bu yay başa çatacaq.

"Transfermarkt" portalı Mbappenin dəyərini 180 milyon avro olaraq qiymətləndirir.

 

0