[b]Məğlubiyyətsiz mərhələ [/b]
24.07.2018 - 09:20
[b]Məğlubiyyətsiz mərhələ
[/b]

Azərbaycan çempionu “Qarabağ” sabah avrokuboklarda növbəti oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda Albaniya “Kukesi”si ilə qarşılaşacaq.

 

Bu raund Qurban Qurbanovun yetirmələri üçün uğurlu hesaba edilir. 5-ci dəfə Çempionlar Liqasında mübarizə aparan “Qarabağ” II təsnifat mərhələsində məğlubiyyət nə olduğunu bilmir.

 

Bu raundda 4 dəfə qüvvəsini sınayan təmsilçimiz 8 qarşılaşmadan 6-da qələbə qazanıb və 2 dəfə heç-heçə edib. Rəqib qapılarından 15 top keçirən çempionumuz cəmi 1 qol buraxıb.

 

 “Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsində

2014/15 mövsümü

“Valletta” (Malta) – “Qarabağ” – 0:1, 0:4

2015/16 mövsümü

“Rudar” (Monteneqro) – “Qarabağ” – 0:0, 0:1

2016/17 mövsümü

“Qarabağ” – “Düdelanj” (Lüksemburq) – 2:0, 1:1

2017/18 mövsümü

“Qarabağ” – “Samtredia” (Gürcüstan) – 5:0, 1:0