“Bizim tərəfdən baxanda, yaxşı oyun oldu. Rəqibin gücünü və oyun keyfiyyətini bilirdik. Əgər bir az açıq oynasaydıq, əminəm ki, mütləq cəzalandırılacaqdıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Kukesi”nin baş məşqçisi Armandu Kunqu deyib.
Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk matçında doğma meydanda “Qarabağ”la qarşılaşan Albaniya təmsilçisi matçdan 0:0 hesablı bərabərliklə ayrılıb.
Oyundan sonra ölkəsinin mətbuatına açıqlama verən Kunqu matçı belə şərh edib: “Rəqibi ək-hücumlarda tutmağa və standart vəziyyətlərdən yararlanmağa çalışdıq, bəzi anlarda belə imkanlar əldə etdik. Sadəcə son anda soyuqqanlılığımız qol vurmağımıza mane oldu. Hesabı qorumaq üçün düzgün çıxış etdiyimizi düşünürəm”.
O, növbəti mərhələ şansları haqqında da danışıb: “Mərhələni keçmək çox çətindi, amma hələ heç nə bəlli deyil. Öz oyunumuzu göstərəcəyik və ümid edirəm ki, lazım olanı əldə edəcəyik. Futbolda hər şey ola bilər”.