[b]Məşhur hollandiyalıdan dönüş siqnalı: Yaxşı təklif almışam[/b]
09.06.2018 - 20:02
[b]Məşhur hollandiyalıdan dönüş siqnalı: Yaxşı təklif almışam[/b]

Hollandiya millisinin keçmiş baş məşqçisi Lui Van Qal futbola dönüş siqnalı verib. Apasport.az saytının məlumatına görə, məşhur mütəxəssis qatıldığı televiziya proqramlarından birində yaxşı təklif aldığını açıqlayıb.

O, bir neçə dəvət olduğunu, bunlardan birini seçdiyini və yaxın zamanda sevimli peşəsi ilə yenidən məşğul olacağını deyib.

Qeyd edək ki, 66 yaşlı məşqçinin sonuncu iş yeri “Mançester Yunayted” olub. 2014-2016-cı illərdə “qırmızı şeytanlar”a rəhbərlik edən Van Qal İngiltərə Kubokunu qazanıb.