“Milan” Depayla anlaşdı
06.06.2018 - 10:52
“Milan” Depayla anlaşdı

“Lion”un yarımmüdafiəçisi Memfis Depay karyerasını İtaliya A seriyasında davam etdirməyə yaxındı. Apasport.az saytının “Rai Sport”a istinadən məlumatına görə, hollandiyalı futbolçu “Milan”ın 5 illik müqavilə təklifini qəbul edib.

 

Transfer baş tutacağı təqdirdə o, ilinə 4,5 milyon avro qazanacaq.

 

Keçidin reallaşması üçün “Milan” “Lion”la da anlaşmalıdı. Fransız klubu Depay qarşılığında 40 milyon avro tələb edir.