“Milan”ın yeni texniki direktoru Leonardo “Yuventus” rəhbərliyi – baş direktor Beppe Marotta və idman direktoru Fabio Paratiçi ilə görüş keçirib. Apasport.az saytının “Sky Sport Italia”ya istinadən məlumatına görə, tərəflər Qonsalo İquainin “rossonerilər”ə mümkün keçidinin detallarını müzakirə ediblər.
Buna rəğmən, Leonardonun əsas transfer hədəfi “Çelsi”nin forvardı Alvaro Moratadı. Texniki direktorun fikrincə, ispaniyalının İquaindən 5 yaş kiçik olması komandanın uzunmüddətli planları baxımından daha əlverişli ola bilər.
Digər tərəfdən, Qonsalo İquain həm də “Çelsi”nin maraq dairəsindədi.