“Milan”da yeni müqavilə
18.02.2025 - 21:23
“Milan”da yeni müqavilə

"Milan" Ticani Reynderslə bağlı qərarını verib.

Apasport.az xəbər verir ki, klub onunla yeni müqavilə imzalayacaq. 

26 yaşlı yarımmüdafiəçi ilə şifahi razılıq əldə olunub.

Yeni sözləşmə 2030-cu ilin yayına qədər nəzərdə tutulub. 

Qeyd edək ki, Reynders bu mövsüm "Milan"ın heyətində 36 matçda 11 qol və 3 assistlə yadda qalıb.