[b]Milli üzvü oynadı, komandası 1:1-ə razılaşdı[/b]
24.07.2018 - 01:55
[b]Milli üzvü oynadı, komandası 1:1-ə razılaşdı[/b]

Yeni mövsüm hazırlıqlarını davam etdirən “Trabzonspor” növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, qaradənizlilər Qətərin “Al Duail” klubu ilə görüşüb.

 

Görşüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

 

Millimizin hücumçusu Ramil Şeydayev də qarşılaşmada iştirak edib. Matça ehtiyat oyunçular skamyasında başlayan Ramil 61-ci dəqiqə “Trabzonspor”un yeganə qolunun müəllifi Hüqo Rodalleqanın əvəzinə meydana daxil olub.

 

Qeyd edək ki, Şeydayevin bu klubda qalıb-qalmayacağına hələ qərar verilməyib.