[b]Millidə yeni baş məşqçi
[/b]
26.07.2018 - 14:26
Yaponiya millisinin yeni baş məşqçisi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Asiya ölkəsinin futbol assosiasiyası bu postu Hadzimi Moriyasuya həvalə edib.
Bunadək gənclər yığmasına rəhbərlik edən 50 yaşlı mütəxəssis məşqçilik karyerasına 2004-cü ildə başlayıb. 2012-17-ci illərdə “Sanfreççe Hirosima” klubunda çalışan Moriyasu ötən il gənclərin “sükanı arxası”na keçmişdi.
Qeyd edək ki, DÇ-2018-də 1/8 finala çıxan Yaponiya millisinə Akira Nisino başçılıq edirdi.
0
0