Millilərdə 100 qələbəyə çatanlar - SİYAHI
02.10.2022 - 12:36
Millilərdə 100 qələbəyə çatanlar - SİYAHI

Milli komandalarda 100 və daha çox qələbə qazanan futbolçuların adları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, siyahıda 7 oyunçu yer alıb.

Son olaraq Yamaykanı 3:0 hesabı ilə məğlub edən Argentina yığmasında Lionel Messi “100-lər klubu”na daxil olub. 35 yaşlı superulduz buna 164-cü matçında nail olub.

Siyahıda yer alan 7 oyunçudan 4-ü hazırda karyerasını davam etdirir. Ancaq cədvələ başçılıq edən Serxio Ramos ötən ildən İspaniya yığmasına çağırılmır. Millidə minimum 100 qələbə qazanan növbəti oyunçunun Serxio Buskets olması gözlənilir. Ulduz futbolçunun İspaniya yığmasında aktivində 97 qalibiyyət var.

Yer

Futbolçu

Ölkəsi

İllər 

Qələbə

 Oyun

1

Serxio Ramos

İspaniya

2005-2021

131

180

2

İker Kasilyas

İspaniya

2000-2016

121

167

3

Kriştiano Ronaldo

Portuqaliya

2003-

113

191

4

Soh Çin Ann

Malayziya

1969-1984

108

219

5

Andres Kuardado

Meksika

2005-

102

179

6

Xavi Ernandes

İspaniya

2000-2014

100

133

 

Lionel Messi

Argentina

2005-

100

164

0